Əsas Səhifə > Hadisə > Sumqayıtda silah-sursat tapılıb
Sumqayıtda silah-sursat tapılıb13-01-2026, 14:09 |
|
Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub. Şəffaflıq.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli "İJ-17" markalı təklüləli ov tüfəngi tapılıb. Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən "Baykal" markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib. Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir. Geri qayıt |