VÜQAR MƏMMƏDOV MƏZAHİR PƏNAHOVA MÜRACİƏT ETDİ – DSK 25 saylı dairədəki saxtakarlıq faktlarını araşdırmadı, bütün dəlillər MSK-ya təqdim olundu

 

Nizami rayon 25 saylı ikinci seçki dairəsindən deputatlığa namizəd Vüqar Məmmədov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib. Deputatlığa namizəd 25 saylı dairədəki saxtakarlıq faktlarının araşdırılması üçün fevralın 13-də DSK-ya olunan müraciətə “yox” cavabı verilməsinə etiraz edib və bütün dəlilləri MSK-ya göndərib.
V.Məmmədovun MSK sədri Məzahir Pənahova məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Məzahir müəllim!

Diqqətinizə çatdırım ki, 9 fevral növbədənkənar parlament seçkiləri günü Nizami rayon 25 saylı ikinci seçki dairəsinin bütün məntəqələrində seçkilər, Mərkəzi Seçki Komissiyasının iradəsinə zidd olaraq, kütləvi halda saxtalaşdırılıb.

Çox təəssüf ki, 13 fevral 2020-ci ildə 25 saylı Dairə Seçki Komissiyasının sədri Heydər Vəliyevə bütün saxtakarlıq faktlarını təqdim etsək də, ünvanladığımız müraciətə baxılmamış, həmin faktların araşdırılmasından rəsmən imtina edilmişdir. DSK sədri cavab məktubunda vurğulayır ki, “müraciət qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən, ərizəçiyə geri göndərilsin”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}