Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az məlumat verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Yaqub Əhədovu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








