Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospekti ilə Adil Ziyadxanov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, qəza zamanı iki "Chevrolet" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Maarif Məmmədov və Yeganə Əsədova xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








