Əsas Səhifə > Hadisə > Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var


14-11-2025, 10:07


Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospekti ilə Adil Ziyadxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, qəza zamanı iki "Chevrolet" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Maarif Məmmədov və Yeganə Əsədova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt