Gəncədə evdən 9 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Gəncə şəhərində evdən 9 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Şəffaflıq.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evə qeyri-qanuni yolla daxil olaraq oradan 1300 manat nağd pul və ümumi dəyəri 8000 manat olan müxtəlif qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən 27 yaşlı Y. Sadıqov saxlanılıb. Araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








