Bakıda pəncərədən yıxılan 68 yaşlı kişi ölüb
Bakıda pəncərədən yıxılan şəxs ölüb. Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, oktyabr ayının 31-i 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı evdə pəncərə düzəldərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-si ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








