Əsas Səhifə > Hadisə > Bakıda pəncərədən yıxılan 68 yaşlı kişi ölüb

Bakıda pəncərədən yıxılan 68 yaşlı kişi ölüb


Dünən, 10:48


Bakıda pəncərədən yıxılan şəxs ölüb.

Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, oktyabr ayının 31-i 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı evdə pəncərə düzəldərkən yıxılıb.

Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-si ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt