Göygöldə avtomobil qəzasında iki gənc ölüb, daha iki nəfər xəsarət alıb
Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub. Şəffaflıq.az-ın məlumatına görə, "Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; - 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar. Qəza zamanı ağır xəsarət alan daha iki nəfər - 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər. Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








