Əsas Səhifə > Hadisə > Göygöldə avtomobil qəzasında iki gənc ölüb, daha iki nəfər xəsarət alıb

Göygöldə avtomobil qəzasında iki gənc ölüb, daha iki nəfər xəsarət alıb


Dünən, 09:32


Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

Şəffaflıq.az-ın məlumatına görə, "Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; - 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar.

Qəza zamanı ağır xəsarət alan daha iki nəfər - 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər.

Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt