Bakıda avtomobil qadını vuraraq öldürüb
Paytaxtda Dövlət Bayrağı Meydanı yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, 2002-ci təvəllüdlü Mehdizadə Seyfulla Yusif oğlu idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada - 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 