Əsas Səhifə > Hadisə > Bakıda avtomobil qadını vuraraq öldürüb
Bakıda avtomobil qadını vuraraq öldürüb31-10-2025, 09:32 |
|
Paytaxtda Dövlət Bayrağı Meydanı yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, 2002-ci təvəllüdlü Mehdizadə Seyfulla Yusif oğlu idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada - 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Geri qayıt |