Masallıda avtomobilin vurduğu piyada bir həftə sonra ölüb
Masallının Şıxlar kəndi ərazisində avtomobilin vurduğu piyada bir həftə sonra ölüb. Şəffaflıq.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Əzizov Xəyal Adil oğlu sentyabrın 18-də saat 19 radələrində idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Şıxlar kəndi ərazisində piyada - 1992-ci il təvəllüdlü Əhmədov Famil Faiq oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, sentyabrın 25-də xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş
