Əsas Səhifə > Hadisə > Masallıda avtomobilin vurduğu piyada bir həftə sonra ölüb

Masallıda avtomobilin vurduğu piyada bir həftə sonra ölüb


26-09-2025, 10:48


Masallının Şıxlar kəndi ərazisində avtomobilin vurduğu piyada bir həftə sonra ölüb.

Şəffaflıq.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Əzizov Xəyal Adil oğlu sentyabrın 18-də saat 19 radələrində idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Şıxlar kəndi ərazisində piyada - 1992-ci il təvəllüdlü Əhmədov Famil Faiq oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, sentyabrın 25-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Geri qayıt