Abşeronda avtomobil piyadanı vuraraq öldürüb


Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Novxanı qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Wolksfagen" markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü piyada - Əliyev Heybət Talıb oğlunu vurub.

Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}