Əsas Səhifə > Hadisə > Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
Abşeronda avtomobil piyadanı vuraraq öldürüb24-09-2025, 10:23 |
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə Novxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, "Wolksfagen" markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü piyada - Əliyev Heybət Talıb oğlunu vurub. Piyada hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |