Gədəbəydə mikroavtobusla avtomobil toqquşub, 20-yə yaxın sərnişin xəsarət alıb


Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

Şəffaflıq.az-ın məlumatına görə, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}