“Müttəfiqimiz Türkiyə İdlibdə Rusiyadan gələn təhdid qarşısındadır” - ABŞ-DAN AÇIQLAMA

 

Şəffaflıq.az xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və onunla birlikdə Ankaraya gəlmiş heyət Türkiyənin Xarici İşlər Nazirliyindəki danışıqlar zamanı ABŞ-ın NATO müttəfqi Türkiyənin tərəfində olduğunu vurğulayıb. Diplomatik mənbələrin danışıqlar barəsində verdiyi məlumatda deyilir: “Suriya probleminin sahədəki humanitar vəziyyət və siyasi proses kimi müxtlif müstəviləri müzakirə edilib. Bu sahələrdə beynəlxalq ictimaiyyətin fəal rol oynamalı olduğu vurğulanıb”.

Mənbələrin məlumatına görə, ABŞ heyətinin Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal ilə görüşü zamanı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceffri şəhid olan Türkiyə əsgərləri ilə əlaqədar ABŞ hökumətinin başsağlığı verdiyini bildirib və ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyəni dəstəklədiyini təkrarlayıb.

Ceffri Ankaradakı Əsənboğa hava limanında jurnalistlərin suallarına cavab verərkən deyib: “Bu gün bizim NATO müttəfiqimiz – Türkiyə İdlibdə böyük təhdidlə üz-üzədir. Bu təhdid Rusiyadan və Əsəd rejimindən gəlir”.

ABŞ heyətinin Türkiyədə Xarici İşlər Nazirliyindəki danışıqları təqribən 1,5 saat davam eləmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}