Ölən körpənin anası saxlanıldı - “Dedi ki, uşağı hirslənib yerə çırpdım”- VİDEO - FOTO

Neftçala sakini Səttar Allahverdiyev həyat yoldaşı Şəbnəm Dövlətovanın azyaşlı övladını yerə çırparaq öldürdüyünü iddia edir.

Şəffaflıq.az Xəzər TV-yə istinadən bildirir ki, əvvəlcə əkizlərdən birinin ananın qucağından düşərək öldüyü bildirilsə də, ata əksini iddia edir.

Rayonun Qaralı kənd sakini, əkiz övlad anası olan Şəbnəm Dövlətova uşaqlardan birini yerə çırparaq öldürməkdə ittiham edilir. Ailə üzvlərinin bildirdiyinə görə, hadisə baş verən zaman o, evdə tək olub. İddialara görə, həmin gün Şəbnəmlə həyat yoldaşı Səttar Allahverdiyev arasında mübahisə yaranıb. Sonra Səttar Allahverdiyev işə gedib. İşdə olduğu zaman həyat yoldaşı Şəbnəm ona zəng edərək uşaqlardan birinin halının pisləşdiyini deyib və tez evə gəlməsini istəyib.

Qeyd edək ki, Şəbnəm Dövlətova uşaq evlərindən birində böyüyüb. Yaxınlarının bildirdiklərinə görə, Şəbnəmlə Səttar üç il əvvəl ailə həyatı qurub və ötən il onların əkiz övladları olub. Hadisəni törətməkdə şübhəli bilinən Şəbnəm Dövlətova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

-----------
17:16

Xəbər verdiyimiz kimi, Neftçalada 1 yaşlı uşaq müəmmalı şəkildə vəfat edib.

Şəffaflıq.az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun İkinci Qaralı kəndində əkizlərdən biri olan körpə oğlan uşağının anası tərəfindən öldürüldüyü iddia edilir.

Belə ki, körpənin atası Səftər Allahverdiyev deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: "Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, "uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım".

S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}