Gəncədə evdə yanğın olub, zəhərlənənlər var
Gəncə şəhərində 4 otaqlı evdə yanğın olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərlənib. Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
