Əsas Səhifə > Hadisə > Gəncədə evdə yanğın olub, zəhərlənənlər var

Gəncədə evdə yanğın olub, zəhərlənənlər var


Dünən, 09:25


Gəncə şəhərində 4 otaqlı evdə yanğın olub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. 

Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərlənib.

Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt