Ordubadda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb
Ordubad rayonunda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb. Şəffaflıq.az xəbər verir ki, Ordubad rayonunun Aza kəndi ərazisində sentyabrın 2-də axşam saatlarında yolu keçmək istəyərkən 67-BL-015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin vurması nəticəsində xəsarət alan 2009-cu il təvəllüdlü Fatimə Qasım qızı Seyidzadə müalicə aldığı xəstəxanada həyatını itirib. F.Seyidzadə vəziyyəti ağır olduğu üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişdi. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
