Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xaçmaz rayonunda 52 yaşlı kişini avtomobil vuraraq öldürüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib. Rayonun Köhnə-Xaçmaz kənd sakini, 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
