Əsas Səhifə > Hadisə > Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb


3-09-2025, 12:17


Xaçmaz rayonunda 52 yaşlı kişini avtomobil vuraraq öldürüb. 

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib.

Rayonun Köhnə-Xaçmaz kənd sakini, 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt