Xızıda kanalda boğulan şəxslərin kimliyi məlum olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub. Bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
