"Fərəc Quliyevlə bağlı Baş Prokurorluq qərar verəcək" - MSK sədri

 

Mərkəzi Seçki Komissiyası 31 saylı Suraxanı ikinci seçki dairəsini ciddi nəzarətdə saxlayacaq.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Mənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir: “Baş Prokurorluqda bu məsələ ilə bağlı qərar qəbul edildikdən sonra MSK məsələyə yenidən baxacaq. Prokurorluğun qərarından asılı olaraq, MSK müvafiq qərar qəbul edəcək”.

Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F. Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M. Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}