İcra başçısı seçkiləri rəsmən idarə edir - İDDİA
Şəffaflıq.az bildirir ki, bu yaxınlarda Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyev şəhər və rayon icra hakimiyyətlərinin başçılarını qəbul etdi. Samir Nuriyev həmin iclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu tənqid etdi. Administrasiya rəhbəri Alimpaşa Məmmədova Şəmkirdə keçirilən Bələdiyyə Seçkilərinə müdaxilə etdiyi və vətəndaşların şikayətlərinə laqeyd yanaşdığı üçün iradını bildirdi. Hələ 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə dövlət başçısı seçki prosesinə müdaxilə etmiş iki İcra hakimiyyəti başçısını Zaqatala və Sabirabad rayonlarının İcra Hakimiyyətinin başçılarını işdən biabırçıcasına qovmuşdu. Hər iki İcra Hakimiyyətinin başçısı azad olunmaları barədə sərəncamı AzTV-nin efirindən eiştmişdilər. Görülən ciddi cəza tədbirlərinə baxmayaraq, nədənsə bəzi icra başçıları heç bir nəticə çıxarmır". Bu barədə TEREF.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Konkret olaraq söhbət Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmmədov Məmməd Cahangir oğlundan gedir.İcra başçısı inzibati resurslardan istifadə etməklə ölkədə gedən demokratikləşmə prosesinə maneçilik törədir:İnsanların iş yerlərindən və gəlir yerlərini itirmək qorxusundan istifadə etməklə özünə xeyir edən namizədi deputat seçmək istəyir. Azərbaycan dövlətinin verdiyi səlahiyyətlərdən istifadə edərək seçkinin azad, ədalətli keçirilməsinə mane olur.
Tovuz rayon İcra hakimiyyətinin başçısı büdcədən maliyyələşən təşkilatlara, polis orqanlarına,tibb işçilərinə, yol idarəsi işçilərinə, məktəb direktorlarına tapsırıb ki,104 saylı Gədəbəy-Tovuz seçki dairəsində heç bir namizədin təşviqatına getməsinlər və özünün yaxın dostu, bu dairədən deputatlığa namizəd olan Arzu Nağıyevi dəstəkləsinlər.104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən olan digər namizədlərin təbliğat kompaniyasına süni əngəllər yaradılır.
Gədəbəy rayonunun Novosaratovka kəndində kənd icra nümayəndələri məcburi olaraq camaaatı Arzu Nağiyevlə görüşə cağırıblar və bir neçə məktəbdə də görüş təşkil etdiriblər.
Bununla bağlı yalnız bir məqamı vurğulaya bilərik ki, nəinki adını çəkdiyimiz Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, eləcə də seçkilərə müdaxiləyə yol verən digər rayon rəhbərləri barəsində ən sərt qərarlar veriləcək. Bunu Prezident İlham Əliyevin son siyasətindən, xüsusən də yeni təyin olunmuş icra başçılarına xitabından da net şəkildə duymaq olar. Hər halda vətəndaş narazılığı təkcə sosial problemlərdən qaynaqlanmaya bilər... Burada seçkilər də önəmlidir, həm də daha önəmli...."
Facebook-da paylaş