ŞAMAXI AĞSAQQALLARI BİRLƏŞDİLƏR Əsgərov Natiq Fərhad oğluna dəstək olduqlarını deyərək, hamını ona səs verməyə çağırıb.-FOTO/VİDEO

 Yüzdən çox nəslin ağsaqqalı Şamaxıdan deputatlığa namizəd, gənc hüquqşünas alim Əsgərov Natiq Fərhad oğluna dəstək olduqlarını deyərək, hamını ona səs verməyə çağırıb.
Natiq Əsgərov ilə Şamaxı ağsaqqallarının möhtəşəm görüşü keçirilib. Şamaxı ağsaqqalları öz çıxışlarında bildiriblər ki, Natiq Əsgərov bu gənc yaşında istər elmdə, istər əmək fəaliyyətində, istərsə də sosial-ictimai həyatda qazandığı uğurları ilə, öz tərbiyəsi, əxlaqı, savadı ilə onları qürurlandırır. Onlar qeyd edirlər ki, tanınmış nüfuzlu və hörmətli nəslin nümayəndəsi olan Natiq Əsgərov bütün Şamaxının, Azərbaycanın övladı adını qazanıb: “Biz fəxr edirik ki, belə gənclərimiz var və Azərbaycanın gələcəyini belə gənclərə etibar etmək olar”.
Odur ki, Şamaxı ağsaqqalları parlamentdə və beynəlxalq aləmdə Şamaxını və bütün Azərbaycanı ləyaqətlə təmsil edə biləcəyinə inandıqları üçün bütün Şamaxı seçicilərini Əsgərov Natiq Fərhad oğluna səs verməyə çağırıblar.
“Qafqazinfo” görüşlərdən çəkilmiş bəzi fotoşəkilləri təqdim edir:







 

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}