Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb


Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında qeydə alınıb.

Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}