Əsas Səhifə > Hadisə > Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb
Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb2-05-2025, 09:41 |
Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb. Şəffaflıq.az xəbər verir ki, hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında qeydə alınıb. Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Geri qayıt |