Ceyranbatanda üzərinə beton aşan 46 yaşlı fəhlə ölüb
Ceyranbatan qəsəbəsində üzərinə beton lövhə düşən 46 yaşlı fəhlə ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda baş verib. 1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən üzərinə beton lövhə aşması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
