Əsas Səhifə > Hadisə > Ceyranbatanda üzərinə beton aşan 46 yaşlı fəhlə ölüb
Ceyranbatanda üzərinə beton aşan 46 yaşlı fəhlə ölüb8-04-2025, 11:23 |
Ceyranbatan qəsəbəsində üzərinə beton lövhə düşən 46 yaşlı fəhlə ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda baş verib. 1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən üzərinə beton lövhə aşması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |