Sumqayıtda silah-sursat aşkarlanıb
Sumqayıt şəhərində silah-sursat aşkar edilib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində qeydə alınıb. Ərazidən 1 ədəd “AK 74” markalı “Kalaşnikov” avtomatı və həmin avtomata məxsus 1 ədəd daraq aşkar olunub. Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
