Əsas Səhifə > Hadisə > Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıtda silah-sursat aşkarlanıb


2-04-2025, 12:44


Sumqayıt şəhərində silah-sursat aşkar edilib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində qeydə alınıb.

Ərazidən 1 ədəd “AK 74” markalı “Kalaşnikov” avtomatı və həmin avtomata məxsus 1 ədəd daraq aşkar olunub.

Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt