Xocavənddə əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olunub
Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
