Əsas Səhifə > Hadisə > Xocavənddə əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olunub

Xocavənddə əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olunub


5-03-2025, 15:38


Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. 

Bu barədə TƏBİB-dən məlumat verilib. 

Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Şəffaflıq.az


Geri qayıt