Mütəllibovdan namizəd olacağı xəbərinə reaksiya: “Bu boyda zarafat...”

Bu boyda zarafatı kim edib? Mənə də belə söz-söhbətlər çatıb. Mən deyirəm ki, bu söz-söhbətlər yalandır və mən siyasətlə məşğul deyiləm.
Şəffaflıq.az bildirir ki,bu fikirləri Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Teleqraf.com-a açıqlamasında deyib.
Qeyd edək ki, Ayaz Mütəllibovun parlament seçkilərində namizədliyini irəli sürəcəyi və hətta Müsavat Partiyasının onun namizədliyini dəstəkləyəcəyi haqda xəbərlər yayılıb.
Ayaz Mütəllibovun müxbirimizlə söhbətində deyib ki, bütün bunlar yalandır.
O, əlavə edib ki, indi yol gənclərindir: “Gənclər namizədliyini irəli sürsün, qabağa getsin. Mənim belə bir niyyətim yoxdur və belə bir şey də yoxdur”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}