Rusiya: “ABŞ Suriyadan neft oğurlayır!” - İŞİD TAMAŞASININ İÇ ÜZÜ

 

Şəffaflıq.az xəbər verir ki, ABŞ İŞİD-in neft yataqlarına daxil olmasının qarşısını almaq bəhanəsi ilə Amerika hərbçilərinin müəyyən qisminin Suriyada qalmalı olduğunu bəyan edəndən sonra Rusiya bəzi peyk fotolarını paylaşaraq, ABŞ-ı neft qaçaqçılığı ilə məşğul olmaqda ittiham edib.
Bəlli olduğu kimi, ABŞ müdafiə naziri Mark Esper belə bir açıqlama vermişdi: “İŞİD-in neft sahələrinə daxil olmasının qarşısını almaq üçün bəzi ABŞ qüvvələri Suriyada qalmalıdır”.

“ABŞ beynəlxalq dövlət soyğunçuluğu ilə məşğul olur”

Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, Suriya torpaqlarındakı bütün neft və digər yeraltı sərvətlər İŞİD-ə və ya İŞİD-ə qarşı döyüşən ABŞ qüvvələrinə yox, tamamilə Suriyanın özünə məxsusdur: “Nə beynəlxalq hüquqda, nə də ABŞ hüququnda Suriyanın yeraltı sərvətlərinin Suriyadan və Suriya xalqından qorunması və müdafiəsi kimi göstərilən qanuni bir vəzifə borcu yoxdur. ABŞ qüvvələrinin belə bir vəzifəsi yoxdur və əsla olmayacaq. Bu səbəbdən Suriyanın şimalındakı neft sahələrini ələ keçirən və buralara silahlı nəzarəti təmin edən ABŞ-ın etdiyi hazırda beynəlxalq dövlət soyğunçuluğudur”.

Açıqlamada daha sonra deyilir: “ABŞ-ın Suriyadakı qanunsuz fəaliyyətinin əsas səbəbi Vaşinqtonun irəli sürdüyü azadlıq və antiterror şüarlarından çox uzaqdır”.

“Suriyadan çıxarılan neft qaçaq yollarla digər ölkələrə aparılır”

Rusiyadan paylaşılan görüntülərdə Fərat çayının şərqindəki Suriya neftinin İŞİD-ə məğlub olmasından əvvəl və sonrakı vəziyyəti göstərilir, çıxarılan neftin yanacaq tankerləri ilə ABŞ qüvvələrinin nəzarəti altında Suriyadan çıxarıldığı görünür.

Açıqlamada deyilir: “ABŞ hərbi personalının mühafizəsi altında Suriyanın neft sahələrindən çıxarılan nefti daşıyan yanacaq tankerləri qaçaq yollarla digər ölkələrə aparılır. Bu karvanlara hücum edilən kimi dərhal ABŞ xüsusi təyinatlıları ilə hava qüvvələri meydana girirlər”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}