Şərqiyyə Məmmədova: “Mübariz Mənsimov Azərbaycan milləti üçün bəladır”
“Mübariz Mənsimov Azərbaycan milləti üçün bəladır”. Şəffaflıq.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlıların təhsil problemləri barədə tədbirdə danışarkən İstanbulda yerləşən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova deyib. O qeyd edib ki, Türkiyədə yaşayan azərbaycanlı müəllimə Aygün Həsənoğlu və digər şəxslər onun haqqında Türkiyə Təhsil Nazirliyinə (Türkiyə Milli Eğitim Bakanlığı) şikayət ediblər: “Məni dəfələrlə nazirliyə çağırıblar. Türklər məni başa düşüb, fəaliyyətimə şərait yaradıblar. Türkiyəlilər bizim oradakı azərbaycanlılarımızdan məsələlərə daha həssas yanaşırlar. O, ki qaldı daim xaricdəki həmvətənlərimizə “dəstəyi” ilə öyünən Mübariz Mənsimova, o ancaq öz reklamı ilə məşğuldur. Onu çox şişirdirlər. O, Azərbaycan milləti üçün bəladır. Onu sevən şəxslərdən soruşuram, heç birinə köməyi dəyməyib. Halbuki reklama aldanıb, onun insanları dəstəklədiyini düşünürlər”. Aysel Aslan
Facebook-da paylaş