Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə beşinci oldu
Özbəkistanda şahmatın rapid növü üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Şəffaflıq.az xəbər verir ki, azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarov yarışı beşinci pillədə başa vurub. O, doqquz turun yekununda 4,5 xal toplayıb. Özbəkistanlı Cavoxir Sindarovun qalib olduğu turnirdə ikinci yeri iranlı Parham Maqsudlu tutub. Digər yerli idmançı Şamsiddin Voxidov üçüncü olub.
Xəbəri paylaş
Facebook-da paylaş