“Galaxy S23 Ultra 7” Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında №1 oldu - VİDEO


“Galaxy S23 Ultra 7” Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında mobil telefon icmalının nəticələrinə görə 1-ci yerə çıxıb. İcmal Belçika, Danimarka, İtaliya, Niderland, Portuqaliya və Birləşmiş Krallıqda aparılıb.

“Ultra”nı fərqləndirən xüsusiyyətlər möhtəşəm çalışma, əla kameralar və yaxşı batereya olub. Assosiasiyalar bunun üçün cihaz üzərində yoxlamalar aparıb və sorğu keçirib. 

Bəzi icmallara daha dəqiq diqqət yetirək. Britaniyanın “Which” assosiasiyası “Galaxy S23 Ultra”nın bu vaxtadək smartfonlarda görünən ən yüksək göstəricilərə malik olduğunu yazıb.

Bunların ən önəmlisi isə onun 200 MP-lik kamerasıdır. Proqram təchizatının 5 illik yeniləmə zəmanəti də britaniyalıların diqqətindən yayınmayıb. Ümumi qənaətə görə, cihaz bu günə olan ən yaxşı smartfon adlandırılıb. 

İtaliyanın “Altroconsumo” assosiasiyası dünyanın tanınmış rejissorları Ridli Skot və Na Hon Jinin dəyərləndirməsini xatırladır. Onların sözlərinə görə, “Galaxy S23 Ultra”nın kamerası peşəkar kameraya bərabərdir. Bildiyiniz kimi, hər iki nəhəng “Galaxy S23 Ultra” ilə film çəkib:

Həqiqətən də model 120 FPS ilə videoçəkiliş və montaj, görüntü sabitləşdiricisi və gecə çəkilişi imkanları ilə təchiz olunub. Rəydə suya davamlılıq və daha bir məqam da qeyd olunub ki, hətta 100 dəfə yerə düşəndən sonra cihazın üzərində yalnız xırda cızıqlar qalıb. 

Belçikanın “Test Achats” assosiasiyası ekodizayn, uzunömürlü batereya, qaranlıqda keyfiyyətli çəkiliş imkanı verən sensordan bəhs edən şərhləri toplayıb.

Bunlarla yanaşı, “Galaxy S23 Ultra” istehlakçıların rəğbətini sadəliyi, möhkəmliyi, keyfiyyətli zəngi və ekranı ilə qazanıb. 

Yoxlama və müşahidələr barədə daha geniş məlumat əldə etmək üçün məqalədə verilən istinad keçidlərinə daxil ola bilərsiniz:

https://www.which.co.uk/news/article/why-we-love-the-samsung-galaxy-s23-phones-but-still-wouldnt-buy-one-a2hvv6F7nhEP

https://www.altroconsumo.it/hi-tech/smartphone/comparatore/samsung-galaxy-s23-ultra-12gb-1tb/31791_88500

https://www.test-achats.be/hightech/gsm/news/samsung-galaxy-s23

Növbəti linklərdə isə adı çəkilən digər ölkələrin assosiasiyalarının saytlarında yerləşdirilən abunəli yazılar dərc olunub. Müvafiq qeydiyyat prosedurunu keçəndən sonra axtarış bölməsində “Galaxy S23 Ultra” yazaraq peşəkar yoxlama və onların nəticələri ilə tanış ola bilərsiniz:

Danimarka – https://taenk.dk/test/smartphones-og-mobiltelefoner/hvilken-samsung-telefon-skal-jeg-vaelge
Portuqaliya – https://www.deco.proteste.pt/tecnologia/telemoveis/comparar/samsung-galaxy-s23-ultra-12gb-512gb/31791_88495
İspaniya – https://www.ocu.org/tecnologia/telefono/comparador/samsung-galaxy-s23-ultra-1tb-12gb/31791_88500
Niderland – https://www.consumentenbond.nl/smartphone/producten/samsung/galaxy-s23-ultra-512-plus-12-gb-phantom-black

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}