Nazir: “Bu gün qlobal istiləşmə su resurslarına öz təsirini göstərir”
“Bu gün qlobal istiləşmə baş verir. Təbii ki, bu da su resurslarına öz təsirini göstərir”. Şəffaflıq.az- ın xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib. O bildirib ki, iqlim dəyişikliyi riskləri bir ölkədə cəmləşməyib: “Bu məsələ regional səviyyədə müzakirə edilməlidir”. Nazir qeyd edib ki, Azərbaycanda hazırda daşqınlar daha çox olur: “Bu, reallıqdır. Əvvəllər isə bu hallar daha az olurdu”. M.Babayev deyib ki, hazırda azad edilən ərazilərdə artıq yenidənqurma işləri aparılır, “ağıllı” şəhərlər salınır, yaşıl texnologiyalar tətbiq olunur.
Facebook-da paylaş