Əsas Səhifə > Cəmiyyət > Nazir: “Bu gün qlobal istiləşmə su resurslarına öz təsirini göstərir”

Nazir: “Bu gün qlobal istiləşmə su resurslarına öz təsirini göstərir”


9-03-2023, 18:23


“Bu gün qlobal istiləşmə baş verir. Təbii ki, bu da su resurslarına öz təsirini göstərir”.

Şəffaflıq.az- ın xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.


O bildirib ki, iqlim dəyişikliyi riskləri bir ölkədə cəmləşməyib: “Bu məsələ regional səviyyədə müzakirə edilməlidir”.

Nazir qeyd edib ki, Azərbaycanda hazırda daşqınlar daha çox olur:

“Bu, reallıqdır. Əvvəllər isə bu hallar daha az olurdu”.

M.Babayev deyib ki, hazırda azad edilən ərazilərdə artıq yenidənqurma işləri aparılır, “ağıllı” şəhərlər salınır, yaşıl texnologiyalar tətbiq olunur.


Geri qayıt