Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. "20 Yanvar" dairəsində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 8. Həsən bəy Zərdabi küçəsi, "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 13. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində; 14. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 15. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 16. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 17. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər); 18. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş