Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb
Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib. O xatırladıb ki, fevral ayı üçün pensiyalar qrafikə uyğun olaraq pensiyaçılara ödəniləcək: "Pensiyaçılara ödənilən pensiyalar ənənəvi olaraq cari aylarda qrafika uyğun olaraq ödənilir". Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 8-də təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb. Qanun fevralın 1-dən qüvvəyə minib. Artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.
Facebook-da paylaş