Əsas Səhifə > Cəmiyyət > Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb

Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb


10-02-2023, 14:24


Minimum əmək pensiyalarının 280 manata çatdırılması ilə bağlı hazırlıq işləri başa çatıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib.

O xatırladıb ki, fevral ayı üçün pensiyalar qrafikə uyğun olaraq pensiyaçılara ödəniləcək:

"Pensiyaçılara ödənilən pensiyalar ənənəvi olaraq cari aylarda qrafika uyğun olaraq ödənilir".

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 8-də təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılıb.

Qanun fevralın 1-dən qüvvəyə minib. Artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.


Geri qayıt