Laçın: 30 illik həsrətin sonu
“Mədəniyyət” TV-nin “Mədəniyyət xəbərləri” proqramında Azərbaycan Televiziyasının əməkdaşı Qönçəgül Kamalqızının doğma Vətəninə - Laçına geri dönməsini əks etdirən süjet yayımlanıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 15 yaşında məcburən tərk etdiyi Vətəninə geri qayıdan Qönçəgül Kamalqızı 30 ildən sonra dəhşətli mənzərə ilə rastlaşır. Nə uşaqlığının keçdiyi evləri yerindədir, nə də təhsil aldığı məktəbi... Bir sözlə, düşmən bütün keçmiş məcburi köçkünlər kimi onun da xatirələrini yerlə yeksan edib. Amma Laçın artıq doğmalarına qaytarılıb, günü-gündən gözəlləşir, yenilənir və əsl sahiblərini gözləyir. Şəffaflıq.az
Facebook-da paylaş