Şamaxı şəhər Mədəniyyət mərkəzində Təhsil işçilərinin sentyabr konfransı keçirilib.-FOTO
Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Əvvəlcə Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər. Daha sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək məruzələrə öz münasibətini bildirib. Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Vahid İsmayılov
Şamaxı
Şəffaflıq.az
Facebook-da paylaş