Ali məktəblərə və kolleclərə ərizə qəbulunun tarixi məlum olub
Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər. Magistraturaya qəbul imtahanı üzrə də bakalavrlara ikinci dəfə imtahan vermək imkanı yaradılacaq. Növbəti imtahanın mayın 29-u keçirilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş