Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə.
Şəhərin Təhsil Şöbəsindən verilən məlubata görə, orta təhsillərini fərqlənmə attestatı ilə başa vuran Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar. Əkiz qardaşlar gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmaq əzmindədirlər.
Ağamalıyevlər qardaşları kurikulum sistemi üzrə keçirilən ilk imtahanlarda iştirak ediblər. Məhəmməd bütün sualları tam - 700 bala uyğun cavablandırıb. Lakin bir sualı cavablandırarkən mexaniki qüsur səbəbindən səhvə yol verməsi ona ən yüksək nəticə əldə etməsinə mane olub.
Məhəmməd qəbul imtahanlarının həm də 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib
Şəffaflıq.az
Facebook-da paylaş